Fransızlar Makrondan imtina edir
18.11.2018
Fransa Prezidenti Emmanuel Makronun reytinqi növbəti dəfə azalaraq 25 faizə enib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Jurnal de Dimanş” yazıb.
Nəşrin yazdığına əsasən, Makron noyabrda baş tutan xatirə tədbiri ilə reytinqinin bir qədər qalxacağına ümid edib, ancaq sonda "sarı gödəkçəlilər” (benzinin qiymətinin qalxmasına etiraz edənlər) hərəkatı ilə sosial narazılıqlara tuş gəlib.
Sorğu nəticəsində məlum olub ki, baş nazir Eduar Filippin də reytinqi 7 faiz azalaraq 34 faizə düşüb.