Məhərrəm İncənin İzmir və Manisada keçiriləcək mitinqləri təxirə salınıb
10.05.2023
Türkiyənin "Məmləkət” Partiyasının lideri və prezidentliyə namizəd Məhərrəm İncə bu gün İzmir və Manisada keçirilməsi nəzərdə tutulan mitinqlərini təxirə salıb.
Bu barədə "Məmləkət” Partiyasının millət vəkili namizədi Fidel Okan "Twitter" hesabında paylaşım edib.
O qeyd edib ki, mitinqlərin təxirə salınması İncənin səhhətinin pisləşməsi ilə bağlıdır.