Gürcüstan Prezidenti Rusiyanın viza rejimini ləğv etməsini təxribat adlandırıb
10.05.2023
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Gürcüstan vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv etməsini, həmçinin birbaşa uçuşların bərpasını təxribat adlandırıb.
"DM" xəbər verir ki, Salome Zurabişvili bu barədə Tvitter hesabında etdiyi paylaşımında qeyd edib:
"Daha bir Rusiya təxribatı! Birbaşa uçuşların bərpası və Gürcüstanla viza qaydasının ləğvi Rusiyanın Ukraynaya təcavüzünə davam etdiyi və bizim ərazimizi işğal etdiyi müddətdə qəbuledilməzdir ”, - deyə Zurabişvili bildirib.