DM Türkiyənin AKşam qəzetinə istinadla xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanla aparılan sülh sazişi danışıqları ilə bağlı "Biz bir addım irəliləmişik” deyib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 1-4 maytarixlərdə ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüşlərlə bağlı jurnalistlərə açıqlama verib.
Sülh sazişi üzrə danışıqların ABŞ-da aparıldığını xatırladan Bayramov deyib: "Sülh sazişi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev bunu ilk dəfə 2021-ci ildə ifadə edib. Ötən ilin fevralında 5 əsas prinsip müəyyən edilib və nəhayət, 2022-ci ilin oktyabrında ilk sülh sazişi danışıqlarına Cenevrədə başlanılıb. Daha sonra noyabrda Vaşinqtonda görüş keçirildi. Dekabrda Moskvada görüş nəzərdə tutulurdu. Erməni tərəfi müxtəlif bəhanələrlə üçüncü görüşü rədd etdi və onu boykot etdi. Ona görə də təxminən 6 aya yaxın danışıqlar aparıla bilmədi".
Ermənistanın ABŞ-ın vasitəçiliyi ilə danışıqlar masasına qayıtdığını qeyd edən Bayramov sözlərini belə davam etdirib: "Dörd gün ərzində Vaşinqtonda sülh sazişi ilə bağlı çox gərgin danışıqlar apardıq. Sülh sazişində bir sıra maddələr və mühüm məsələlər var. Tam razılıqdan danışa bilmərik, tərəflərin münasibəti arasında fərq var. Lakin bu danışıqlarda sülh sazişinin müəyyən bəndləri razılaşdırıldı. Biz bir addım atdıq. İrəlilədik. Biz bu prosesə real yanaşmalıyıq. Təbii ki, görüşdə bütün məsələlərdə razılığa gəlinsəydi yaxşı olardı. Biz o bunu çox istədik. Azərbaycan daim sülh prosesinə sadiqliyini nümayiş etdirir."
Devran Media