Poltava rayon məhkəməsinin rəhbəri FSB ilə əməkdaşlıq edərkən tutulub
10.05.2023
Rusiya FSB ilə əməkdaşlıq edən Poltava Rayon Məhkəməsinin rəhbəri istintaq təcridxanasına göndərilib: qadın Ukrayna hərbçiləri ilə bağlı məlumatların "sızması” səbəbindən nəzarətə götürülüb.
"DM" Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatlarına əsasən , genişmiqyaslı işğalın əvvəlində qadın Berdyansk şəhər rayon məhkəməsində hakim işləyib, özü də Rusiya xüsusi xidmətinin əlaqəsini tapıb və əməkdaşlıq təklif edib.
O cümlədən, hakim cənubda Ukrayna hərbçiləri ilə bağlı məlumatları ruslara "sızdırıb”.
Devran Media