Akar Danfordla görüşdü: YPG ilə əlaqəni kəsin...
18.11.2018
Türkiyənin Müdafiə naziri Hulusi Akar ABŞ Baş Qərargah rəisi Cozef Danfordla görüşüb.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
"Danfordla görüşdə tezliklə PKK-dan heç bir fərqi olmayan YPG ilə münasibətlərin kəsilməsini gözlədiyimizi dilə gətirdik", - Akar bildirib.
Qeyd edək ki, dünən də Hulusi Akar Kanadada keçirilən Halifaks Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ-ın YPG ilə əlaqələrini kəsməli olduğunu vurğulamışdı.