Rusiya KİV: “Heydər Əliyev həm Azərbaycanın, həm də Rusiyanın tarixində iz qoyub”
10.05.2023
Bu gün həm Azərbaycanın, həm də Rusiyanın tarixində iz qoymuş sovet və Azərbaycan siyasətçisi Heydər Əliyevin anadan olmasından 100 il ötür.
"DM"-nın məlumatına görə, bu barədə URA.RU informasiya agentliyində dərc edilmiş məqalədə deyilir.
"Sadə bir dəmiryolçu oğlu Sov.İKP-də ən yüksək sıralara yüksəlib, sənayenin bir neçə sahəsi üzrə kurator olub və XX əsrin 70-80-ci illərində SSRİ-nin əsas tikinti layihələrindən birinə rəhbərlik edib”, - məqalə müəllifi yazır.
Niyə Şərqi Sibir Dəmiryolunun stansiyalarından birinə onun adı verilib? Çünki bir vaxtlar Baykal-Amur magistralının tikintisi layihəsinə məhz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev rəhbərlik edib.
"Heydər Əliyevin dəmir yolları ilə birbaşa əlaqəsi olmasa da, o, layihələrin idarə edilməsi sistemini qura bilmişdi”, - "Tavolqa” Fondunun layihə rəhbəri, tarixçi Vasili Novikov bildirib.
"Heydər Əliyev yüksək idarəetmə qabiliyyətinə malik idi. Orada əsas vəzifə məhz yüksək keyfiyyətli idarəetmə sisteminin qurulmasından ibarət idi. Məncə, onun ən böyük nailiyyəti yerlərdə tikinti ilə bilavasitə məşğul olan insanlarla münasibət yaratmaq olub”, – tarixçi qeyd edib.