İlham Əliyev: Mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda 10 kəndin təməli qoyulub
10.05.2023
Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlər keçirilmiş, 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir.
"DM" xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
"On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır”, - deyə dövlətimizin başçısı vurğulayıb.