21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Oğul atasının cəsədini 1,5 il dondurucuda saxlayıb

09.05.2023


"DM" "CNNTÜRK"-ə istinadən xəbər verir ki, Hollandiyanın cənubundakı Landqraaf qəsəbəsindəki evdə uzun müddətdir dərin dondurucuda saxlanılan kişi meyiti tapılıb. Evin sahibi, 82 yaşlı hollandiyalı cəsədin 1,5 il əvvəl 101 yaşında dünyasını dəyişən atasına aid olduğunu bildirib.

Hollandiyalı atasının yoxluğuna dözə bilmədiyi üçün onu dondurucuya qoyduğunu və onun üçün darıxacağını bildirib.

Polis bunun pensiya dələduzluğu olub-olmadığını araşdırır.

Almaniya ilə sərhəddə yerləşən Landqraaf şəhərindəki hadisə ailə həkiminin uzun müddətdir xəbər tutmadığı yaşlı xəstəsindən şikayət etməsindən sonra baş verib.

Hollandiyalı həkim xəstəsinin səhhətindən narahat olduğunu bildirib və polisə müraciət edib.

Hollandiya mətbuatı xəbər verir ki, ailə həkiminin verdiyi ünvana gedən polis qrupu yaşlı kişinin cəsədini dərin dondurucuda aşkar edib.

Meyitin tapıldığı evin mərhumun 82 yaşlı oğluna məxsus olduğu müəyyən edilib.

1997-ci ildə həyat yoldaşını itirən 82 yaşlı kişinin uzun müddət atası ilə yaşadığı bildirilib.

Polisdən verilən məlumata görə, təbii yolla öldüyü müəyyən edilən qocanın cəsədi uzun müddət dondurucuda saxlanılıb

Devran Media