Ermənistan məhkəməsi azərbaycanlı əsgərə həbs cəzası verib
08.05.2023
Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.
"DM” xəbər verir ki, məlumatı "Sputnik Armeniya” yayıb.
A.Bəbirov "sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub.