21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan Kahramanmaraşda yeni məhəllə salıb

08.05.2023

Heydər Əliyev Fondu və xeyriyyəçi azərbaycanlı iş adamlarının dəstəyi ilə Azərbaycan Türkiyədə zəlzələdən zərərçəkmişlər üçüb yeni məhəllə salıb.

"DM” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviterdə yazıb.

O bildirib ki, konteynerlərdən ibarət məhəllə Kahranmaraş şəhərinin Türkoğlu rayonunda yaradılıb: "Zəhməti olan hər kəsə təşəkkür edir, millətimizə növbəti dəfə "keçmiş olsun” deyirəm”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.