Türkiyə vətəndaşlarının bülletenləri YSK-ya təhvil verilib
08.05.2023
Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Bakıdan yola salınıb.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı "Twitter"də yazıb.
Qeyd olunub ki, Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının 5-6-7 may tarixlərində 3 məntəqədə seçki qutularına atdıqları bülletenlər bu gün Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) təhvil verilib.
"Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik”, - diplomat əlavə edib.