Çavuşoğlu: “Son beş ildə xarici siyasətdə tarix yazırıq”
08.05.2023
"Son beş ildə xarici siyasətdə tarix yazırıq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Lider haber” TV-yə müsahibəsində deyib.
O bildirib ki, Ukraynadakı müharibədə Türkiyənin mövqeyi buna sübutdur:
"Biz regionumuzdakı toqquşmaların aradan qalxması üçün çalışırıq. Beləliklə, Türkiyənin dünyadakı rolunu artıq hər kəs anlamağa başlayıb. Bununla bağlı əvvəlki illərə nisbətən indi prezident seçkisinə xaricdən müdaxilə daha azdır”.
M.Çavuşoğlunun sözlərinə görə, kənar tərəflərin Türkiyənin daxili siyasətinə müdaxiləsinin azalmasının bir səbəbi də bu cəhdlərin effektsiz olmasıdır.