Prezident böyük bir humanizm sərgilədi
17.11.2018
Şəhid varislərinə 11 min manat birdəfəlik yardımın verilməsi ölkə prezidenti tərəfindən atılmış ən humanist addımlardan biridir.
Bu sözləri Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsi haqda danışan keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib.
"Şəhid varislərinə 11 min manat birdəfəlik yardımın verilməsi ölkə prezidenti tərəfindən atılmış ən humanist addımlardan biridir. Baxın, prezident cari ilin aprel ayında imzaladığı fərmanla 1997-ci ilə qədər şəhid olmuş hərbiçilərə də bu yardımın verilməsini təsdiqləməklə, şəhidlərə, onların varislərinə olan münasibətini ortaya qoymuş oldu. Əslində, bu yardımı 1997-ci ildən sonra şəhid olmuş hərbiçilərin varisləri ala bilərdilər. Çünki hərbi qulluqçuların icbari sığortası haqqında qanun 1997-ci ildə qəbul edilmişdi. Lakin ölkə başçısı bu qanunun geriyə, 1997-ci ilə qədər olan şəhid ailələrinə şamil edilməsinə qərar verməklə çox böyük bir humanizm nümunəsi sərgilədi”, - sabiq nazir bildirib.