Ərdoğanla Bəşər Əsəd arasında görüş bu il baş tuta bilər
08.05.2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya lideri Bəşər Əsəd arasında görüş bu il baş tuta bilər.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, bu görüş Türkiyədə 14 mayda baş tutacaq prezident seçkilərindən sonra keçirilə bilər.
Çavuşoğlu, həmçinin mayın 10-da Moskvada Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşünün də baş tutacağını xatırladıb.