Aralıq dənizində təxribat: Türkiyədən kəskin REAKSİYA
17.11.2018
ABŞ-ın "Exxonmobil" şirkəti Cənubi Kipr üçün Aralıq dənizinin şərqində karbohidrogen axtarmağa başlayıb.
"Dövran Media" xəbər verir ki, sözügedən ərazidə gəminin qazma işlərinə başladığı bildirilib.
Bu barədə məlumat verən Cənubi Kiprin Energetika naziri Yorqos Lakkotripis amerikalı həmkarı Frensis Fannonla Nikosiyada görüşüb.
ABŞ və Cənubi Kiprin birgə addımına reaksiya verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qarşısını almağı hədəfləyən cəhdlərə heç vaxt yol verməyəcəklərini deyib:
"Aralıq dənizinin şərqində təbii ehtiyatların qəsb edilməsinə yönəlik cəhdləri qətiyyən qəbul etməyəcəyik".