Ukraynada 9 May Avropa Günü elan edilib
08.05.2023
Ukrayna lideri daha əvvəl 8 may tarixini İkinci Dünya Müharibəsində Anım və Nasizm üzərində Qələbə Gününün qeyd olunmasını təklif etmişdi.
"Devran Media" "TASS"-a istinadən xəbər verir ki Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi 9 Mayın ölkədə Avropa Gününün qeyd edilməsi haqqında fərman imzalayıb.
Ukrayna dövlət başçısının saytında dərc olunan fərmanın mətnində deyilir: "Ukraynada hər il mayın 9-da Avropa İttifaqı dövlətləri ilə birlikdə qeyd olunan Avropa Günü təsis edilsin”.
Devran Media