03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Azərbaycan Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşıdır”

08.05.2023

"Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) ən böyük ticarət investoru və strateji enerji tərəfdaşıdır”.

"Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 8-də Vilnüsdə litvalı həmkarı Qabrielius Landsberg ilə görüşündən sonra keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycanın ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür.

Nazir Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın tranzit ölkə kimi rolunun daha da artacağını vurğulayıb.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 75% artıb.

Xarici işlər naziri qeyd edib ki, parlamentlərarası əməkdaşlıq Aİ ilə Azərbaycan arasında əməkdaşlığın mühüm istiqamətidir:

"Bunun üçün parlamentlərarası münasibətlər çərçivəsində dostluq qrupları arasında əlaqələrin daha da genişləndirilməsi vacib əhəmiyyətə malikdir”.