Aİ ilk dəfə Çinə qarşı sanksiyalar tətbiq etmək istəyir
08.05.2023
Yeni anti-Rusiya sanksiyalar paketinə Çin şirkətləri də əlavə oluna bilər.
"Devran Media"xəbər verir ki, "Financial Times"- a görə , bu, Brüsselin ilk belə təşəbbüsdür.Aİ rəhbərliyi Ukraynadakı müharibə zamanı Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyinə görə Çinə qarşı sanksiyalar tətbiq etməyi düşünür .
Silahlarda istifadə oluna biləcək avadanlıqların satışında ittiham olunan 7 Çin şirkəti bu həftə Aİ-yə üzv dövlətlərin müzakirə edəcəyi yeni sanksiyalar paketinə daxil edilib.
Bu şirkətlərdən bəziləri artıq ABŞ sanksiyalarına məruz qalıb. Bunlar materik Çindən iki şirkət (3HC Semiconductors və King-Pai Technology) və Honq Konqdan iki şirkətdir (Sinno Electronics və Sigma Technology).
Devran Media