Sirski: Yaxın gələcəkdə bu şəhərlərdə Ukrayna bayrağı qaldırılacaq!
06.05.2023
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski hesab edir ki, yaxın gələcəkdə ukraynalı piyadalar Donetsk, Luqansk və Krımda Ukrayna bayrağını qaldıracaqlar.
"Devran Media" "UNİAN"-a istinadən xəbər verir ki, Sırski bunu mayın 6-da Piyada Günü münasibətilə hərbçilərə video təbrikində deyib . Onun sözlərinə görə, Müdafiə Qüvvələrinin uğurlu əks-hücum əməliyyatları piyadaların dəqiq nizam-intizamı və peşəkarlığı sayəsində mümkün olub.
"Müharibənin son illərində siz nümayiş etdirdiniz ki, hətta ən çətin situasiyalarda belə hadisələrin axarını öz xeyrinizə çevirmək olar. Hətta düşmənin sayca üstün olduğu yerdə də Ukrayna torpaqlarını geri qaytarmaq mümkündür". Sirski bildirib.
Devran Media