Koronavirusla bağlı SON STATİSTİKA
05.05.2023
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 070 nəfər müalicə olunaraq sağalıb, 10 254 nəfər vəfat edib, aktiv xəstə sayı 187 nəfərdir.
Ölkədə son sutka ərzində 656, hazırkı dövrədək isə 7 595 306 test aparılıb.