"Vaqner"in rəhbəri: "Mayın 10-da Baxmutdan çıxacağıq"
05.05.2023
"Vaqner” muzdlu hərbi təşkilatı mayın 10-da Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq.
"DM” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Yevgeni Priqojin deyib.
O, bu barədə müvafiq qərar qəbul olunduğunu və buna səbəb kimi silah-sursat çatışmazlığını göstərib.
Qeyd edək ki, Y.Priqojin daha əvvəl Rusiya Müdafiə Nazirliyini tənqid etmişdi. Müdafiə Nazirliyi ilə "Vaqner” arasında müəyyən fikir ayrılığının olduğu bildirilir.
Xatırladaq ki, Baxmutda 7 aydan çoxdur gərgin döyüşlər gedir.