Lavrov Zelenskini “Qərbin əlindəki kukla” adlandırıb
05.05.2023
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Kiyev və Vaşinqtonun Kremlə hücumda iştirakını inkar etməsi ona etibar etmək demək deyil.
Sergey Lavrov "Zelenski və komandası həm media məkanında, həm də əməli addımlarında hər şeyi edir ki, özünə hörmət edən hər hansı ölkə onlarla ünsiyyət qurmaq istəməsin. Bu doğrudur və biz başa düşürük ki, bu barədə məlumatlılıq yetişməkdədir” fikirlərini söyləyib.
Lavrov həmçinin vurğulayıb ki, Moskva Kiyevə ABŞ-dan silah göndərməsinə baxmayaraq, Ukrayna üzrə danışıqlardan heç vaxt imtina etməyib, lakin nizamlanma məsələsi təkcə təmas xəttində dayanmır, daha qlobal xarakter daşıyır. Nazir əmindir ki, danışıqlar gec-tez baş tutacaq, lakin "Qərb kuklası” Zelenski ilə deyil, onun ağaları ilə.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya tərəfi buna hazırdır, "kifayət qədər səbrimiz var”.