Pavlyuk: Ukrayna ərazilərinin üçdə biri minalanıb
05.05.2023
Ukrayna ərazilərinin üçdə biri minalanıb.
"DM" xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin birinci müavinin Aleksandr Pavlyuk "Ukrinform"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukrayna hazırda dünyanın ən çox minalanmış ölkəsidir: "Hazırda ölkə ərazisinin 174 min kvadrat metri minalardan təmizlənməlidir, bunun 14 min kvadrat metri dənizdədir. Bu ölkə ərazisinin təxminən üçdə biri edir”.
Pavlyuk əlavə edib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatı məqsədilə istifadə edilən 17 min kvadrat metr ərazidə mina axtarışları həyata keçirilməlidir. O, minasızlaşdırma işlərinə 5000 mütəxəssisin cəlb edilməsinin planlaşdırıldığını qeyd edib.