03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabiq icra başçısının 600 minlik əmlakı yenidən müsadirə olunub

05.05.2023

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi əmlaklarla bağlı hissədə yenidən araşdırılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Gəncə Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə qərar elan olunub.

Hakim Salman Hüseynovun sədrlik etdiyi hakimlər heyəti birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qərara əsasən, Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı yenidən müsadirə olunub.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı müsadirə olunub. Lakin Gəncə Apellyasiya Məhkəməsi əmlakların müsadirədən azad olunması ilə bağlı qərar edib, əmlaklar müsadirədən azad olunub.

Prokuror qərardan kassasiya protesti verib. Ali Məhkəmə protesti təmin edərək, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.

Xatırladaq ki, Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb.

Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib.

Ali Məhkəmə Nizaməddin Quliyevin əmlakları ilə bağlı qərarı ləğv edib, Ramiz Tatarovun cəzasını 6 ilə endirib.