Türkiyənin Gəncədəki Baş konsulluğunda səsvermə başlayıb
05.05.2023
Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Gəncədəki Baş konsulluğunda yaradılmış seçki məntəqəsində səsvermə başlayıb.
"DM"-nın məlumatına görə, səsverməyə bu gün saat 9-dan start verilib.
Gəncədə qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsvermədə iştirak etməsi üçün 3 seçki məntəqəsi yaradılıb.
Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.
Qeyd edək ki, Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün, YSK-nın qərarına əsasən, 5-6-7 may tarixlərində Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu qurulacaq və bu tarixlərdə saat 9:00-21:00 arasında 12 saat ərzində fasiləsiz şəkildə səsvermə keçiriləcək.