21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çin Kremlə hücuma reaksiya verib

04.05.2023


Moskva və Kiyev Ukraynada münaqişəni gərginləşdirə biləcək hər hansı addımdan çəkinməlidir. DM TASS-a istinad edərək xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq mayın 3-də Kremlə PUA hücumu ilə bağlı suala cavab olaraq bunu bildirib.

O qeyd edib ki, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır. "Münaqişənin bütün tərəfləri gərginliyin artmasına səbəb olan hər hansı hərəkətdən çəkinməlidirlər", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Mayın 3-də Ukrayna Silahlı Qüvvələrinin Kremlə PUA ilə hücuma cəhd etməsi məlum olub. Reyd gecə saatlarında həyata keçirilib və elektron döyüş sistemləri tərəfindən dayandırılıb. Kreml bu hərəkətlərin "planlaşdırılmış terror aktı” və Rusiya prezidenti Vladimir Putinin həyatına qəsd olduğunu bildirib.
DM