21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Abel Məhərrəmov BDU-nun imicini zədələdi - Ekspertlər

16.11.2018

Təhsil müəssisəsinin rəhbəri 5-10 ildən bir dəyişməlidir, müddət 20-25 il olanda belə hallar baş verir.
"Dövran Media" xəbər verir ki, bu sözləri Teleqraf.com-a Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun işdən azad olunmasını şərh edən professor Şahlar Əsgərov deyib.
Şahlar Əsgərov bildirib ki, rektorun fəaliyyət dövrü müddətli olsa, daha yaxşı olar. .
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisələri və təhsil qurumlarında bəzən xoşagəlməz hadisələr yaşanır: "Bu isə təhsilə, elmə, universitetlərə olan inamı sarsıdır. Fikrimcə, ali təhsil müəssisələrində sağlam mühit hələ də tam formalaşmayıb.
Bu cür neqativ faktlar təkcə bir universitetə yox, bütövlükdə Azərbaycan təhsilinə ziyan vurur. Abel Məhərrəmovun rektor fəaliyyəti bir anda gündəmdən çıxdı və o, təhsildən kənar bir məsələ ilə diqqət çəkdi.
Son illərdə yüksək bal toplayan abituriyentlərin BDU-nu seçmə halları xeyli azalıb. Son hadisə də universitetin imicinə mənfi təsir göstərəcək və insanların BDU kimi flaqman universitetə inamını aşağı salacaq. Hesab edirəm ki, bundan sonra universitetin keçmiş imicinin yenidən bərpa olunmasına çalışmaq lazımdır. Bu isə yeni təyin olunan rektorun kimliyindən və onun işindən asılı olacaq”.
Təhsil ekspertinin fikrincə, BDU-da aidiyyəti qurumlar - Hesablama Palatası və Maliyyə Nazirliyi ciddi yoxlama aparmalı və qanun pozuntularını ortaya çıxarmalıdırlar.
Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi rektor, akademik və məmur adına yaraşmayan əməllərlə məşğul olunması göstərilir.