21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Meral Akşenerdən daha 22 yaxını üz döndərib

03.05.2023

DM xəbər verir ki, Türkiyədə  seçkilərə sayılı günlər qalmış  İYİ Partiya Alaşehir Təşkilatında bələdiyyə məclis üzvü də daxil olmaqla bir qrup partiyadan istefa verərək müstəqil qalmağa qərar verib.

Alaşehir Şəhər Şurasının üzvü Aynur Dağ da daxil olmaqla 22 nəfər İYİ Partiyadan kütləvi şəkildə istefa verib. Bələdiyyə məclisinin üzvü Aynur Dağ istefa verən dostları ilə mətbuata açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:
"Dostlarımızla birlikdə mənsub olduğumuz Alaşehir İYİ Partiyası üzvlüyündən çıxmaq qərarına gəldik. Bundan sonra siyasi həyatımızı müstəqil şəkildə aparacağıq. Aynur Dağ olaraq siyasi həyatımı müstəqil şəkildə davam etdirəcəyəm. Aldığımız qərar, Millət ittifaqına dəstəyimiz davam edəcək. Yanlış insanlarla doğru yol getməz. Alaşehir və Türk millətinə uğurlar."

Devran Media