Mövlud Çavuşoğludan Suriya MESAJI
03.05.2023
DM xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, İran və Əsəd rejimi ilə xarici işlər nazirləri səviyyəsində görüşün seçkilərdən öncə mayın 10-da Moskvada ola biləcəyini bildirib.
"Terror təşkilatları ilə birlikdə mübarizə aparmalıyıq. İŞİD, YPG Suriyanı parçalamaq istəyir. Suriya ərazisində gözümüz yoxdur.
Digər tərəfdən, suriyalıların könüllü geri qayıtmalarına nəzarət etmək lazımdır. Qoşunların çıxarılması bu yerlər sabitləşdikdən sonra olacaq. Terror təşkilatları bu boşluğu dolduracaq. Müxalifət də deyir ki, biz buradan çəkiləcəyik. Bu yerin terror dəhlizi olması riski var. Bizim buradan geri çəkilməyimiz o demək deyil ki, burada rejim tam hökmranlıq əldə edəcək. Biz geri çəkilsək, ciddi münaqişələr olacaq. Bu qeyri-müəyyənlik şəraitində Türkiyə sərhədinə çoxlu mühacir gəlir. Nə müxalifətin sözləri, nə də riskli rejimin "Türkiyə geri çəkilsin, sonra danışaq” yanaşması real yanaşma deyil.
Digər tərəfdən, suriyalıların könüllü geri qayıtmalarına nəzarət etmək lazımdır."
Bu fikirləri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
Devran Media