21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyanın Ural neftinin qiyməti 40 faiz ucuzlaşıb

02.05.2023


"Devran Media" Türkiyənin "Yeni Şafak" qəzetinə istinadla xəbər verir ki, Rusiyanın Ural neftinin qiyməti yanvar-aprel dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,7 faiz azalaraq 51,05 dollar/barelə satılıb.

Rusiya Maliyyə Nazirliyinin verdiyi açıqlamada, yanvar-aprel dövründə Ural neftinin bir barelinin orta qiymətinin 51,05 dollar olduğu bildirilib.

Ötən ilin eyni dövründə orta hesabla 84,68 dollara satılan Ural neftinin barel qiymətinin bir il ərzində 39,7 faiz azalması diqqət çəkib.
Açıqlamada qeyd olunub ki, aprel ayında Ural neftinin bir bareli 58,63 dollara alınıb.

2022-ci ilin dekabrında Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.
Çin və Hindistan başda olmaqla Rusiya neftini almağa davam edən bir çox ölkə, mümkün sanksiya risklərinə işarə edərək, Rusiyadan endirimlər tələb edir.

Devran Media