21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sudanda vəziyyət daha da gərginləşib

02.05.2023

Sudanın paytaxtı Xartumda ölkədəki hərbi əməliyyatlar səbəbindən bütün dövlət xəstəxanaları öz işini dayandırıb.

Bu barədə Sudanın Həkimlər İttifaqının nümayəndəsi bəyan edib.

Bildirilib ki, zərərçəkənlərə qayğı göstərməkdə davam edən xəstəxanalarda oksigen avadanlığı çatışmır.

Həkimlər Sudanın səhiyyə sektorunda baş verənləri insanlığa qarşı cinayət adlandırıblar. Tibb işçilərinin fikrincə, ölkədəki humanitar böhranın yeganə həlli döyüş əməliyyatlarının dayandırılması ola bilər.
Qeyd edək ki, ölkənin faktiki lideri, ordu komandiri Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin (xüsusi təyinatlıların) komandiri, Hemetti kimi tanınan Məhəmməd Həmdan Daqalo arasında münaqişə aprelin 15-dən açıq mərhələyə keçib. Aprelin 27-nə olan məlumata görə, qarşıdurmalar nəticəsində ümumilikdə 528 nəfər ölüb, 4 599 nəfər yaralanıb. Hazırda Qərbi Darfur və Xartum istisna olmaqla, Sudanın əksər əyalətlərində nisbi sakitlik qeydə alınıb.

Sudanın hava məkanında uçuşlara mayın 13-dək məhdudiyyət qoyulub.