Yaponiya Cənubi Koreyaya NOTA VERDİ
16.11.2018
Yaponiya hökuməti Cənubi Koreyaya etiraz notası göndərib.
"Dövran Media" xəbər verir ki, buna Cənubi Koreyaya məxsus tədqiqat gəmisinin iki ölkə arasındakı mübahisəli adalara yaxınlaşması səbəb olub.
Rəsmi Tokio bildirib ki, Yaponiyanın icazəsi olmadan Takesima arxipelaqına gəmilərin yaxınlaşması qəbuledilməz haldır.
Qeyd edək ki, Cənubi Koreyanın Tokto arxipelaqı adlandırdığı adalar İkinci Dünya müharibəsindən etibarən iki ölkə arasında mübahisə obyektidir.