Naxçıvan MR Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb
01.05.2023
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikasının Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edilib.
"DM"-nın xəbərinə görə, Fondun yaradılmasında məqsəd muxtar respublikada əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.
Fondun idarə edilməsi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.