İlham Əliyev Monteneqro ilə imzalanmış sənədi təsdiqləyib
01.05.2023
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Qeyd edək ki, sənəd 2023-cü il fevralın 4-də Bakı şəhərində imzalanıb.