Prezident nazir müavinini işdən çıxardı və... - SƏRƏNCAM
16.11.2018
Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb.
"Dövran Media" xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad olunub.
Prezidentin digər sərəncamı ilə İdris İsayev təhsil nazirinin müavini təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi.