Respublika GEM ölkədə qızılca ilə bağlı vəziyyəti açıqlayıb
01.05.2023
Azərbaycanda son illər yoluxucu xəstəliklərin qarşısının alınması və onlara qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində epidemioloji sabitlik təmin edilib.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirib. Qeyd edilib ki, 2019-cu ilin iyul ayından indiyədək Azərbaycanda qızılcaya yoluxma halı qeydə alınmayıb.
"Hazırda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da 11 yoluxucu xəstəliyə, o cümlədən qızılcaya bütün uşaqları əhatə edən planlı peyvəndləmə aparılır. Bundan əlavə, aprelin 24-dən aprelin 29-dək respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi” keçirilib" - sorğuya cavabda qeyd edilib.