Azərbaycan və Özbəkistan avtomobil istehsalını genişləndirir
01.05.2023
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası” İctimai Birliyi və Özbəkistanın "Uzavtosanoat” SC arasında "Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu” imzalanıb.
Bunu nazir Mikayıl Cabbarov öz "Facebook” profilində qeyd edib.
"Sənədin icrası ölkəmizdə maşınqayırma sənayesinin inkişafına töhfə verəcək”, - deyə o qeyd edib.