Kürdə suyun səviyyəsi artıb - VİDEO
01.05.2023
Kür Qıraqkəsəmən müşahidə məntəqəsinin bu günə olan məlumatına əsasən, çayda suyun səviyyəsi 391 sm-dir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qeyd edilib ki, dünənki müşahidə ilə müqayisədə 44 sm artım var.