Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
01.05.2023
Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat bildirilib.
Qeyd edilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.