21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Özbəkistanda seçicilərin 90,21 faizi yeni konstitusiya layihəsini dəstəkləyib

01.05.2023

Seçicilərin 90,21 faizi Özbəkistanın yeni konstitusiyası haqqında qanun layihəsini dəstəkləyib.

"DM" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Səsvermədə seçicilərin 84,54 faizi iştirak edib. 

Xatırladaq ki, Özbəkistan konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum ölkə Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilib. Konstitusiyaya edilən əsas əlavələrdən biri ölkə prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılmasıdır. Bununla da, dövlət başçısı Ş.Mirziyoyevin prezidentlik müddəti sıfırlanacaq və o, 2026-cı ildə üçüncü dəfə namizədliyini irəli sürə biləcək.

Bundan əlavə, dəyişikliklərə əsasən, Özbəkistan sosial dövlət elan edilir.