Çavuşoğlu: ABŞ-dan pulumuzu alacağıq!
28.04.2023
F-35 qırıcılarının alınması üçün amerikalılara ödənilən pul ölkəyə qaytarılacaq.
"DM" xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Hürriyyət” qəzetinə müsahibəsində deyib.
"F-35 üçün pul verdik, töhfə verdik, pulumuzu geri alacağıq. Bu sistemdən çıxmağımız öz istehsalımızı sürətləndirmək üçün hərəkətverici qüvvə oldu”, - türkiyəli nazir qeyd edib.
Qeyd edək ki, ABŞ Türkiyəni F-35 V nəsil qırıcıların tədarükü proqramından çıxarması barədə xəbərdar edib. Qərara səbəb Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasıdır.