Ordumuz Rusiya ilə savaşa tab gətirməyəcək - Smeşko
16.11.2018
Rusiya ilə müharibə başlayacağı halda Ukrayna buna tab gətirməyəcək.
"Dövran Media" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri İqor Smeşko danışıb.
"Biz nə iqtisadiyyat, nə də güclü silahlı qüvvələrin inkişafında nailiyyət göstərə biləcəyik. Bəli, hazırda Donetsk və Luqanskdakı separatçılara qarşı statik olaraq dayana bilirik. Çox yaxşı başa düşürük ki, əgər nəzəri baxımdan Rusiya Federasiyasının hava qüvvələrinin iştirakı ilə hücum əməliyyatı keçirilsə, o zaman bizim ordumuz sadəcə tab gətirməyəcək”, - Smeşko bildirib.