Bu gün İntizam komissiyası Vahid Əhmədovla bağlı məsələni müzakirə edəcək
28.04.2023
Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək.
"Report”un xəbərinə görə, toplantıda deputat Vahid Əhmədovla bağlı məsələ müzakirə olunacaq.
İclas saat 15:00-da başlayacaq.
Toplantıya V.Əhmədov da dəvət olunub.
Qeyd edək ki, onun mətbuata verdiyi müsahibədə səsləndirdiyi bir sıra fikirlər deputatların narazılığına səbəb olub. Parlamentin aprelin 25-də keçirilən iclasında V.Əhmədovun müsahibəsi müzakirə edilib. Deputatlar onu sərt tənqid ediblər. Sonda məsələyə İntizam komissiyasında baxılması barədə qərar verilib.