Hollivud aktrisası siyasətə gəlir
14.02.2018
"Dövran Media" dünya mətbuatına istinadən bildirir ki, məşhur Hollivud aktrisası Ancelina Coli şou-biznesdən siyasətə gedə biləcəyi xəbəri pərəstişkarlarını məyus edib. "
"New Idea” adlı Avstraliya jurnalı aktrisa Ancelina Colinin filmlərə cəkilməməyi və tamamilə özünü siyasətə həsr etməyə hazır olduğu barədə bir məqalə yayımlayıb. İlkin məlumatlara görə, aktrisa Böyük Britaniya hökumətində qaçqınların işi üzrə müşavir işləmək üçün Los Ancelesdən Londona yaşamağa gedəcək. Avstraliyalı jurnalistlərə görə, Ancelina Colinin bu qərarı qismən Bred Pittlə boşanmasının xoşagəlməz nəticələrinə əsaslanır. Onlar hesab edir ki, aktrisa keçmiş həyat yoldaşı ilə daimi rastlaşmamaq ücün kino sənayesində işləmək istəmir.