Sudanda Türkiyə təyyarəsinə atəş açılıb
28.04.2023
"Sudanda atışmada çətin vəziyyətdə qalan vətəndaşlarımızı təxliyə etmək üçün Vadi Seydnə gedən təyyarəmizə yüngül silahla atəş açılıb”.
"DM" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Təyyarənin təxliyə işini həyata keçirdiyi və personaldan heç kəsin yaralanmadığı vurğulanıb.