21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünya Bankı: Azərbaycanın Avropa qaz bazarında payı artıb

28.04.2023

2022-ci ildə Azərbaycanın Avropa qaz bazarında payı artıb.

"DM" xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. Məlumata görə, Azərbaycanın Avropa qaz bazarında payı 2021-ci ildəki 4,9%-dən 2022-ci ildə 6,9%-ə yüksəlib.

Dünya Bankı qeyd edib ki, Azərbaycanla yanaşı, ABŞ, Qatar və Norveçin də Avropa bazarında payı artıb. ABŞ-nin payı 8%-dən 17,4%-ə kimi, Qatarın payı 6,8%-dən 7,4%-ə, Norveçin payı isə 9%-dən 12,5%-ə kimi artıb. Digər ölkələrin payı isə 23,7%-dən 25,3%-ə yüksəlib. Buna səbəb isə ötən il Ukrayna ilə müharibə səbəbindən Rusiya qazına tətbiq edilən sanksiyalar olub. Belə ki, Rusiya Avropa bazarındakı payı 34,1%-dən 19,5%-ə kimi azalıb. Rusiya ilə yanaşı, Əlcəzair də bazar payını nisbətən itirib ( 20,2%-dən 18,5%-ə enib).