Serbiya prezidenti təcili xəstəxanaya yerləşdirilib
28.04.2023
Serbiya Prezidenti Aleksandr Vuçiç təcili olaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Serbiya liderinin xəstəxanaya yerləşdirilmə səbəbi açıqlanmır, rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, 2019-cu ildə A.Vuçiç ürək-damar xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə alıb.
Məlumat üçün əlavə edək ki, 53 yaşlı Aleksandr Vuçiç 2017-ci ilin mayında Serbiyanın prezidenti olub. Bundan əvvəl o, ölkənin baş naziri vəzifəsində çalışıb.
Mənbə: B92