Laçın-Xankəndi yolundakı aksiya 138 gündür davam edir
28.04.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
"DM" xəbər verir ki, hava şəraitinin yağışlı və dumanlı keçməsinə baxmayaraq, ictimai fəallar aksiyanı gecəboyu da davam etdirib.
Avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 138 gündür davam edir.