Son vaxtlarda maaş və pensiyaların artırılması ezamiyyə xərcləri ilə bağlı məsələni də gündəmə gətirib. Həm ərzaq sektorunda, həm də bütün xidmət sahələrində olan bahalaşmaya baxmayaraq, ezamiyyə ilə bağlı məsələ dəyişməz olaraq qalır.
Xezerxeber.az xəbər verir ki, ezamiyyə xərcləri 2012-ci ildə təyin olunub və bu vaxtadək artmayıb.
İqtisadçı ekspert Xalid Kərimli deyib ki, son illərdəki qiymət artımına nəzər saldıqda sözügedən xərclər kifayət qədər aşağı hesab olunur. Ezamiyyə ilə bağlı qanunun ən az iki ildən bir yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var.
Xalid Kərimli qeyd edib ki, ezamiyyə xərcləri ciddi şəkildə artırılmalıdır.
Millət vəkili Vüqar Bayramov bildirib ki, dünyada baş verən inflyasiya nəzərə alınaraq ezamiyyə xərclərinin yaxın zamanda artırılacağı gözlənilir.
O qeyd edib ki, yeni tariflər müəyyən edilərkən həm daxili, həm də xarici inflyasiya nəzərə alınacaq. Bu səbəbdən də ezamiyyə xərclərində ciddi artımın olacağı gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: